ADNSU-da respublika fənn olimpiadası keçiriləcək

ADNSU-da respublika fənn olimpiadası keçiriləcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün martın 18-də keçiriləcək riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə olimpiadaya iştirakçıların qeydiyyatını davam etdirir.
Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə keçirilir.
Azərbaycan və rus dillərində təşkil olunacaq olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak edə bilər. Olimpiada yazılı formada aparılır.
Maraqlananlar asoiu.edu.az saytında olimpiada bölməsini seçir, özü haqqında məlumatları və seçdiyi fənni qeyd edir.
Olimpiadanın keçirilməsinə bir həftə qalmış iştirakçılar həmin sayta daxil olaraq öz kodlarına əsasən buraxılış vərəqi çap etməlidirlər. İştirakçılar binaya daxil olarkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqi və uyğun qələmlərlə gəlməlidirlər. Olimpiadaya mobil telefon və digər vasitələrlə gəlmək qadağandır.
Ətraflı məlumat üçün (012) 493-83-40 nömrəli telefonla əlaqə saxlamaq olar.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər