
“KCA Deutag” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edən M.Babanlı bu münasibətlərin davamlı olmasını arzulayıb. Qonaqlara ADNSU-nun “Gündəlik təcrübə proqramı” barədə məlumat verən rektor əsas məqsədin tələbələrin gələcəkdə iş tapmasını asanlaşdırmaq olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu proqramda tələbələrin həftədə iki–üç dəfə dərsdən sonra öz ixtisaslarına uyğun olaraq istehsal müəssisələrinə təcrübəyə göndərilməsi nəzərdə tutulur. Məqsəd həm tələbələri müəssisə ilə tanış etmək, həm də onların buraxılış işlərini hazırlamasını asanlaşdırmaqdır.
Universitetdə hazırda 14 ixtisas üzrə ingilis dilində tədris aparıldığını diqqətə çatdıran rektor qonaqlara ADNSU-nun Azərbaycan və ingilis dillərində dərc olunan “Oil and İndustry” jurnalını təqdim edib.
“KCA Deutag” şirkətinin dənizdə neftçıxarma şöbəsinin rəhbəri Rune Lorentsen ADNSU ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.
ADNSU-nun Mətbuat Xidməti
