Miyopiya xəstəliyinə yol açan hüceyrə kəşf edilib

Miyopiya xəstəliyinə yol açan hüceyrə kəşf edilib ABŞ-ın Northvestern Universitetinin tədqiqatçıları gözün torlu qişasında yaxından görmə xəstəliyinə (miyopiya) səbəb ola biləcək hüceyrə kəşf ediblər.
Tehsil-press.az “Current Biology” jurnalının saytına istinadla xəbər verir ki, adətən qapalı sahələrdə və ya gün işığı düşməyən yerlərdə daha çox vaxt keçirənlərin gözlərinin torlu qişalarında funksiya pozğunluğu müşahidə olunur. Bu da miyopiya xəstəliyinə yol açır.
Tədqiqatçılar qrupunun rəhbəri, göz həkimi Qreq Schvartz deyib: “Bu kəşf miyopiya xəstəliyinin müalicəsində əhəmiyyətli rol oynayacaq. İşığa qarşı çox həssas olan bu hüceyrə gözün böyüməsinə və inkişafına nəzarət edir. Hüceyrə vəzifəsini düzgün icra etmədikdə miyopiya xəstəliyinə və ömürboyu eynək istifadəsinə gətirib çıxarır”.

Tehsil-press.az

Oxşar xəbərlər