Münhen Təhlükəsizlik Konfransın keçirildiyi otelinin önündə azərbaycanlıların etiraz aksiyası olub.
Təhsil-press.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fevralın 16-ı Almaniyanın Münhen şəhərində Avropada yaşayan azərbaycanlıların "Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası olub. Aksiyada 250-dən çox həmvətənimiz iştirak edib.
Münhen Təhlükəsizlik Konfransın keçirildiyi “Bayerişer Hof” otelinin önündə keçirilən aksiya Avropa Azərbaycanlıları Konqresi, Bilefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberg Mədəniyyət və Təhsil Cəmiyyəti, Münhendə fəaliyyət göstərən türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub. Aksiyada "Xocalıya ədalət", "Ermənistan işğaldan və terrordan əl çək", "Biz torpaqlarımızı hökmən azad edəcəyik!", "Diqəm Əsgərova və Şahbaz Quliyevə azadliq!", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Biz terrora və soyqırımına yox deyirik!" kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
Aksiyada çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb etdiklərini bildiriblər.
Həmvətənlərimiz Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəy olduqlarını, torpaqların işğaldan azad olunması üçün əllərinə silah götürməyə hazır olduqlarının bildiriblər. Soydaşlarımız Azərbaycan Prezidentinin münaqişənin həllinə yönəlmiş siyasətinin regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan güclü, beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir dövlət kimi tanınmaqdadır və bu bütün dünya azərbaycanlılarında qürur doğurur.
Mitinqdə iştirak edən soydaşlarımız bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.
Aksiyada son dövrlər Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozması, Azərbaycan ordusunun mövqelərini, habelə dinc sakinlərin olduğu yaşayış məskənlərini atəşə tutması, təmas xəttində təxribat və diversiya aktları həyata keçirməsinin dərin narahatlıq doğurduğunu vurğulayıblar.
Aksiyanın sonunda mitinq iştirakçılarınını bəyanatı oxunub.
Təhsil-press.az