İştirakçılar Olimpiadanın əsas mükafatı- British Council-dan Böyük Britaniyanın Mançester şəhərində Berlitz İngilis Dili Məktəbində iki həftəlik ingilis dili proqramı və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində ödənişsiz iştirak etmək uğrunda yarışırlar. Qalib şagird Berlitz Məktəbi tərəfindən təhsil müddətində Mançesterdə yerli ailədə yerləşdiriləcək. Proqrama Mançestr və London şəhərlərinə eksursiya da daxildir. Digər mükafatlar Olimpiadanın həmtəşkilatçıları- Təhsildə İnnovativ Texnologiyalar Təlim Mərkəzi və Oxbridc Akademiyası tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, məktəblilər arasında İngilis Dili üzrə Olimpiadanın keçirilməsi ötən il “ADA” Universiteti tələbələrinin təşəbbüsü kimi başlamışdır. Bu il isə tədbir genişlənərək Bakı şəhəri Təhsil İdarəsi və Təhsil Nazirliyinin də dəstəyini qazanmışdır.
ADA-nın Mətbuat Xidməti