TARİXDƏ BU GÜN - 21 FEVRAL

TARİXDƏ BU GÜN - 21 FEVRAL 2012-ci il. Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı mərasimi olub. Abidənin müəllifi Azərbaycanın Xalq Rəssamı Tokay Məmmədovdur.
TARİXDƏ BU GÜN - 21 FEVRAL
1921-ci il. Azərbaycanın Xalq Rəssamı, professor, Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordenli Böyükağa Mirzəzadə (1921-2007) anadan olub. Onun boyakarlıq, qrafika, ssenoqrafiya rəssamlığı kimi janrlarda yaratdığı əsərlər Azərbaycan təsviri sənəti tarixində özünəməxsus yer tutur.
TARİXDƏ BU GÜN - 21 FEVRAL
1997-ci il. Tanınmış alim, şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (1923-1997) Bakıdakı evinin qabağında odlu silahla öldürülüb.
TARİXDƏ BU GÜN - 21 FEVRAL
1940-cı il. Hitler Almaniyasında ilk kütləvi ölüm düşərgəsinin – Osvensimin tikintisinə başlanıb. Düşərgə 1945-ci il yanvarın 27-də sovet qoşunları tərəfindən azad edilib. Düşərgənin azad olunduğu gün BMT tərəfindən Holokost qurbanlarının Beynəlxalq Anım Günü elan edilib. 1941-1945-ci illərdə Osvensimdə təqribən 1,4 milyon adam, o cümlədən 1,1 milyonadək yəhudi məhv edilib.
TARİXDƏ BU GÜN - 21 FEVRAL
1885-ci il. ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun şərəfinə 1848-ci ildə təməli qoyulmuş dünyada ən hündür obeliskin – Vaşinqton Monumentinin açılışı olub. Kapitoli ilə Ağ Ev arasında ucalan obeliskin tikintisi 36 il (1848-ci ildən 1884-cü ilədək) davam edib.
TARİXDƏ BU GÜN - 21 FEVRAL
21 fevral UNESCO-nun Baş Konfransının 1999-cu il noyabrın 17-də elan etdiyi və 2000-ci ildən hər il qeyd olunan Beynəlxalq Ana Dili Günüdür. Bu günün tarixi 1952-ci il fevralın 21-də Dəkkədə (hazırda Banqladeşin paytaxtı) baş vermiş faciəli hadisələrin qurbanlarına ehtiram əlaməti olaraq seçilib. Həmin gün tələbələr ana dilləri olan benqal dilinin müdafiəsinə qalxaraq nümayişə çıxıblar. Benqal dilinin dövlət dillərindən biri kimi qəbul olunmasını tələb edən tələbələr polislər tərəfindən odlu silahla qətlə yetiriliblər.

Tehsil-press.az

Oxşar xəbərlər