

1946-cı il. BMT Baş Məclisi “Atom enerjisinin kəşfi ilə əlaqədar yaranan problemləri nəzərdən keçirmək üçün komissiyanın təsis edilməsi” haqqında ilk qətnaməsini qəbul edib.

1924-cü il. Fransanın Şamoni şəhərində I Qış Olimpiya Oyunları başlanıb.

1931-ci il. Moskvada “Romen” Musiqili-Dram Teatrının əsası qoyulub. Bu teatr hazırda dünyada fəaliyyət göstərən ən qocaman qaraçı teatrıdır. Əvvəllər tamaşalar yalnız qaraçı dilində oynanılırdı, 1940-cı ildən rus dilində də təqdim edilir.

1776-cı il. Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (1776-1822) anadan olub. Sonralar o, üçüncü adı Vilhelmi dahi bəstəkar Volfqanq Amadey Mosart şərəfinə Amadey adı ilə əvəzləyib. Yazıçıya “Pişik Murrun həyat baxışları” romanı, “Qızıl küp” nağılı, “Sinnober ləqəbli balaca Saxes” hekayəsi dünya şöhrəti gətirib. Hofmanın “Birələr hökmdarı” əsəri Prussiya hökuməti ilə münaqişəyə gətirib çıxarıb. Romanın ifşaedici hissələri çıxarılıb və yalnız 1906-cı ildə çap edilib.

1922-ci il. ABŞ-ın Onava şəhərciyindən (Ayova ştatı) olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. “Eskimo” sözü fransız mənşəlidir. Fransada eskimosların geyiminə bənzəyən uşaq kombinezonlarını eskimo adlandırırdılar. Buna görə də şokoladdan ibarət “kombinezon” “geyindirilmiş” dondurmaya da “Eskimo” adı verilib.
Tehsil-press.az