

1933-cu il. Xalq artisti, professor Musa Mirzəyevin doğum günüdür (1933-2016). Ötən əsrin 60-cı illərində yazılmış və bu gün də dillər əzbəri olan “Yeni il gəldi” mahnısının müəllifi Musa Mirzəyev Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olaraq yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirib. O, “I simfoniya”, “Simfoniyetta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərlərin, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema” və s. xor əsərlərinin müəllifidir.

1952-ci il. Beynəlxalq Gömrük Günü kimi qeyd olunur. Yanvarın 26-27-də Brüsseldə 17 Avropa ölkəsinin gömrük xidməti nümayəndəsinin iştirak etdiyi Gömrük Əməkdaşlığı Birliyinin təsis konfransı keçirilib. Konfransın ikinci günü gömrük əməkdaşlığı haqda Konvensiya qəbul edilib və elə həmin gündən də həmin Konvensiya qüvvəyə minib. Beynəlxalq Gömrük Günü 1983-cü ildən qeyd edilir.
Tehsil-press.az