Davud bəy Şərifov haqqında kitab-albom çapdan çıxıb

Davud bəy Şərifov haqqında kitab-albom çapdan çıxıb Azərbaycan elminin arxeologiya, etnoqrafiya və coğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub.

Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunan kitabın müəllifləri muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva, arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə, bu şöbənin kiçik elmi işçisi Emin Məmmədovdur.
Nəşrin elmi redaktoru isə muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.
Kitab-albom Davud bəy Şərifovun həyat və elmi yaradıcılığına həsr olunmuş xüsusi bölmələrdən, eləcə də fototəsvirlərdən ibarətdir. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr AMEA-nın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və muzeyin elmi arxiv sənədlərindən istifadə olunmaqla ərsəyə gətirilib.
Qeyd edək ki, XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi dəstək Davud bəy Şərifovun ən böyük xidmətlərindən biridir.

Kəmalə Rəhimli

Oxşar xəbərlər