
Kitab milli–mədəni irsimizin tədqiqi tarixində müstəsna xidmətləri olan mətnşünas alim, təzkirəçi, nasir, publisist, mətbuat araşdırıcısı Qulam Məmmədlinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindəki materialların təsvirinə həsr edilib.
Kitab “Tərcümeyi-hallar”, “Salnamələr”, “Topladığı əsərlər”, “Məktublar”, “Qulam Məmmədliyə aid sənədlər”, “Fotoşəkillər” bölmələrindən ibarətdir.
Nəşrin redaktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.
Afət Abbasova