Gürcüstandan Azərbaycana idxal artıb - Əsasən nə gətirilir?

Gürcüstandan Azərbaycana idxal artıb - Əsasən nə gətirilir? 2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb.

Təhsil-press.az bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatına əsasən məlumat verir.
Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1 faizə bərabər olub.
Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub.
Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.

Təhsil-press.az

Oxşar xəbərlər