Azərbaycanın sığorta bazarı 15 faizə yaxın artıb
2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkəti 325,34 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,19 milyon manat (14,9 faiz) çoxdur. Tehsil-press.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir. Şirkətlər həmin dövr ərzində 119,03 milyon manat məbləğində sığorta ödənişi edib ki, bu da il ərzində 13,6 faiz artım deməkdir.Tehsil-press.az
- Baxış: 7179
Xəbərin tarixi: 31.08.2016 / 10:55
-
Oxşar xəbərlər