Azərbaycanda işçi qüvvəsinə təlabat öyrənildi

Azərbaycanda işçi qüvvəsinə təlabat öyrənildi Azərbaycanda ixtisaslaşmış işçi qüvvəsinə olan tələbat araşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev deyib ki, Avropa Təlim Fondunun vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Branko tərəfindən Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat keçirilib.

Azərbaycanda işçi qüvvəsinə təlabat öyrənildi

Nazir Səlim Müslümov bildirib ki, prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də strateji hədəflərdən biri kimi insan kapitalının inkişaf etdirilməsi müəyyən olunub. Bu məqsədə yönələn tədbirlər sırasında işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirləri yer alır. 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Peşələrin əksəriyyəti qeyri-neft sektorunu əhatə edib. Tələb olunan ixtisaslar arasında kənd təsərrüfatı sahələri üzrə ixtisaslar da var.
S.Müslümov ixtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılmasının əmək bazarının tənzimlənməsində faydalı olacağını da bildirib.

Oxşar xəbərlər