ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasını ABŞ-ın ən əsas təhlükəsi sayır. Təhsil-press.az-ın məlumatına görə, bunu Ağ Evin yüksək rütbəli nümayəndəsi jurnalistlərə deyib. Tramp bazar ertəsi Çinin dövlət şurasının üzvü Yan Çzeçi ilə görüşüb və onu Şimali Koreya ilə bağlı birgə işləməyə çağırıb.