“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB

“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB Azərbaycan Dövlət “Yuğ” teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyəti və Teatrşünaslıq kafedrasının təşəbbüsü ilə “XX əsrin teatr tendensiyaları” (The Solo Me and You) mövzusunda tələbə elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Beynəlxalq layihələr üzrə müşavir Şaiq Səfərov “XX əsrin teatr tendensiyaları” mövzusu ilə bağlı fikirlərini bölüşüblər.
Teatr sənəti fakültəsinin müəllimi Elçin Cəfərov “XX əsr. Teatrdan qeyri-teatra doğru” və III, IV kurs tələbələrindən Dilşad Əhmədzadə “Meyerholdun teatr metodunun konseptual mahiyyəti”, İlahə Quliyeva B.Brextin “Epik teatr nəzəriyyəsi”, Dağlar Yusif M.Çexov “Aktyor texnikası - “nurlanmış aktyor”a doğru”, Nadir Əhmədov Y.Qrotovski “Yoxsul teatr poetikası”, Nisə İbadlı A.Arto və “Qəddarlıq teatrı” və Emin Əliyev T.Kantor və “Ölüm teatrı” adlı mühazirələr ilə çıxış ediblər. Sonda konfrans iştirakçıları mövzu ətrafında müzakirələr aparıb.

ADMİU-nun Mətbuat Xidməti


“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB“XX ƏSRİN TEATR TENDENSİYALARI” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİB

Oxşar xəbərlər