Təl-Əviv Universitetinin professoru ADU-da olub

Təl-Əviv Universitetinin professoru ADU-da olub Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Təl-Əviv Universitetinin prorektoru, professor Eyal Zisser ADU-da “Suriya inqilabının yaranması və bitməsi” mövzusunda dəyirmi masa keçirib.
İlk öncə E.Zisser belə bir tədbirin ADU-da təşkil olunmasına görə universitet rəhbərliyinə, həmçinin iştirakçılara minnətdarlığını bildirib. O, Yaxın Şərq regionu haqqında qısa məlumat verərək regionun hal-hazırkı vəziyyəti və orada baş verən geosiyasi prosesləri xəritə üzərində izah edib. Son illər Yaxın Şərq regionunda baş verən münaqişələrdən söhbət açan professor Suriya münaqişəsinin də regiona olan birbaşa təsirindən danışıb. E.Zisser bu kimi münaqişələrin regionda yaratdığı xaosun dünya ölkələri tərəfindən daima izlənildiyini və bunun beynəlxalq münasibətlərə birbaşa təsir etdiyini sözlərinə əlavə edib. Suriya münaqişəsində ABŞ və Rusiyanın marağı və təsirindən danışan professor regionun daima dünya dövlətlərinin diqqət mərkəzində olmasından da bəhs edib.
Sonda professor iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, dəyirmi masada Xəzər Universiteti, ADA və Bakı Dövlət Universitetinin müəllim və elmi işçiləri də iştirak edib.

ADU-nun Mətbuat Xidməti


Təl-Əviv Universitetinin professoru ADU-da olubTəl-Əviv Universitetinin professoru ADU-da olubTəl-Əviv Universitetinin professoru ADU-da olubTəl-Əviv Universitetinin professoru ADU-da olubTəl-Əviv Universitetinin professoru ADU-da olub

Oxşar xəbərlər