İsrailin səfiri ADU-da olub

İsrailin səfiri ADU-da olub Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
Səfiri salamlayan Ə.Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ADU-da ən aktiv mərkəzlərdən biri olan İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi və onun fəaliyyəti haqqında danışıb. Professor mərkəzin İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə açıldığını diqqətə çatdırıb. O, tələbələrin ibri dilini öyrənməyə maraqlı olduğunu, İsrailin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və digər sahələrini öyrəndiklərini, həmçinin zəngin kitabxana ilə təchiz olunan mərkəzdən yararlandıqlarını vurğulayıb. Ə.Abdullayev ADU-nun fəxri doktorları sırasında İsrailin sabiq Prezidenti Şimon Peres və Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin də olduğunu səfirin diqqətinə çatdırıb. Professor İsrailin xarici işlər naziri Aviqdor Libermanın 2012-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ADU-ya da gəldiyini və onun dəstəyi ilə 3 ADU tələbəsinin İsraildə təhsil aldığını sözlərinə əlavə edib.
Öz növbəsində Dan Stav Dillər Universitetində olmasından şad olduğunu bildirib və səmimi qəbula görə rəhbərliyə minnətdarlığını ifadə edib. Səfir İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. O, təhsil sahəsində olan əməkdaşlığın ikitərəfli əlaqələrdə böyük əhəmiyyət kəsb etdiyini bildirib və səfirlik ilə universitetin əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan və İsrail universitetləri arasında tələbə mübadilə proqramları, həmçinin birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər atrafında fikir mübadiləsi aparılıb.
Sonda səfir İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

ADU-nun Mətbuat Xidməti


İsrailin səfiri ADU-da olubİsrailin səfiri ADU-da olubİsrailin səfiri ADU-da olubİsrailin səfiri ADU-da olubİsrailin səfiri ADU-da olub

Oxşar xəbərlər