
Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana gəlib.
Qurum bildirir ki, əlverişsiz meteoroloji şəraitlə bağlı martın 14-də atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir.
Afət Abbasova