Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəman Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb.
Zəruri avadanlıqla təmin edilən auditoriyada tələbələrə optatexnika ixtisası üzrə dərslər tədris olunacaq.
Universitetin xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovun sözlərinə görə, bu auditoriya Milli Qəhrəman Çingiz Qurbanovun bir vaxtlar dərs aldığı sinif otağı olub. O deyib: “Doğma fakültəsi Ç.Qurbanovu heç vaxt unutmayacaq və daim onun qəhrəmanlığını tələbələrə təbliğ edəcək”.
Qeyd edək ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. O, 2015-ci ildə AzTU-nun xüsusi texnika və texnologiya fakültəsini bitirib.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb
Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb

Oxşar xəbərlər