Dünyanın ən qədim bitkisi görün harada tapıldı

Dünyanın ən qədim bitkisi görün harada tapıldı Dünyanın ən qədim bitkisi Hindistanın Madhya Pradeş əyalətində tapılıb.

Təhsil-press.az xəbər verir ki, alimlər 1.6 milyard il əvvələ aid olduğu təxmin edilən qırmızı yosun qalıqlarının ən qədimi bitki olmasını güman edir. İsveçin Təbiət Tarixi Muzeyinin professoru Teresa Salstedin rəhbərlik etdiyi araşdırma qrupu, Çitrakot şəhəri yaxınlığında, çöküntü qayalar içində yeni qalıqlar tapdığını açıqlayıb.
Elm adamlarına görə, bu kəşflə birlikdə 400 milyon il əvvələ qədər olan qədim bitkilər haqda yeni məlumatlar öyrənilə biləcək. Hindistanda tapılan və qalıq halını alan çoxhüceyrəli qırmızı yosun görkəminə görə dəniz yosununa bənzəyir. Alimlər hesab edir ki, əgər bu bitki üzərində ciddi araşdırılmalar aparılsa, milyon illərlə öncəyə aid çoxhüceyrəli bitkilərin keçmişinə dair effektli faktlar üzə çıxa bilər.

Təhsil-press.az

Oxşar xəbərlər