Marafonun sponsorlarından olan “AzərTürkBank”ın Strateji planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova bankın fəaliyyət istiqamətləri və əməkdaşlıq prinsiplərindən söz açıb. O, eyni zamanda qaliblər üçün nəzərdə tutulan mükafatları da tələbələrin nəzərinə çatdırıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da ikinci dəfə baş tutacaq “Bakı Marafonu 2017” “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq.
ADU-nun Mətbuat Xidməti

