ADPU-da Novruz şənliyi keçirilib

ADPU-da Novruz şənliyi keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan “Novruz çərşənbəsi” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri, millət vəkilləri Aydın Mirzəzadə, Adil Əliyev, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev iştirak ediblər. Bayram şənliyində əvvəlcə tələbələrin Novruz bayramına həsr etdikləri rəsm sərgisinə və bayram xonçalarına baxış keçirilib.
Bayram şənliyində “Azərbaycan kinofilmlərinə səyahət” adlı konsert proqramı təqdim edilib. Konsert proqramında Azərbaycanın müxtəlif kinofilmlərindən fraqmentlər nümayiş etdirilib. Milli geyimdə olan tələbələrin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədər hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Xalq artisti Zabit Nəbizadənin ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb. Tələbələrin Novruz bayramına həsr etdikləri bayram xonçalarına baxış keçirilib və ən yaxşı xonçanın sahibi müəyyən edilib. Qeyd edək ki, xonça yarışında Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin tələbələri qalib gəliblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, cansağlığı və uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın qarşısında yeni çağırışlar, yeni hədəflər dayanır. Rektor tələbələrə müraciət edərək bu çağırış və hədəflərə cavab vermək üçün yaxşı oxumağı, Vətənimiz, xalqımız, millətimiz, dövlətimiz üçün layiqli vətəndaş, yüksək səviyyəli müəllim kimi yetişməyi tövsiyə edib.
Bədii-musiqili hissədən sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyi universitetin kollektivinin böyük sevincinə səbəb olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da Novruz şənliyi keçirilibADPU-da Novruz şənliyi keçirilibADPU-da Novruz şənliyi keçirilibADPU-da Novruz şənliyi keçirilibADPU-da Novruz şənliyi keçirilibADPU-da Novruz şənliyi keçirilib

Oxşar xəbərlər