Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dünya ictimaiyyətinə müraciət edib.Müraciəti idarənin mətbuat xidməti yayıb.
"Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, bütün dünya ictimaiyyətinə müraciət edirik.
Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini daima narahat edir.
İki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasəti aparılır. Bu siyasətin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, bu ərazilərdə uydurma "Böyük Ermənistan" dövlətini yaratmaqdır.
İki əsr ərzində soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, iki milyona yaxın azərbaycanlı qonşu xalqlara nifrət və təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş erməni ekstremizminin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır. Bu qədər xəyanət və zərbələrə məruz qalmasına baxmayaraq, xalqımız soyqırımı və deportasiya faktlarını uzun zaman ictimai müzakirəyə çıxarmaq, beynəlxalq aləmdə ifşa etmək imkanına malik olmamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı soyqırımı və deportasiya siyasətinin mahiyyəti açıqlanmış və ifşa olunmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilmiş, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsinə, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin yayılmasına təkan verilib", - deyə, müraciətdə vurğulanıb.
Həmçinin vurğulanıb ki, bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırım əməllərinə dair təkzibolunmaz faktları geniş əhatəli şəkildə beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır: "Bəşərə qarşı gerçək cinayətlər layiqli qiymətini almadıqca saxta ittihamlar ayaq tutur. Özlərini soyqırım qurbanı kimi təqdim edən erməni ekstremistləri, Azərbaycan xalqına qarşı həyata keçirdikləri gerçək soyqırım cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaqdır! Bu saxta ittihamlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcəkdir, ədalət öz yerini tutacaqdır, inşallah!
Layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, dünyanın müxtəlif nöqtələrində həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır. Azərbaycanın əzəli torpaqları - hazırda erməni işğalında olan ərazilərimizdə dini–mənəvi abidələrimizə qarşı həyata keçirilməsi davam edən vandal hərəkətləri, o cümlədən, Şuşadakı Gövhər Ağa məscidində aparılan qazıntı işlərini tarixi həqiqətlərin, mədəni irsin mənsubiyyətinin saxtalaşdırılması cəhdi, xalqımıza qarşı mənəvi soyqırım kimi dəyərləndirir, dünya ictimaiyyətini belə halları qətiyyətlə pisləməyə çağırırıq.
Biz dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bugünədək yerinə yetirməmişlər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almamışdir. Baxmayaraq ki, Xocalı faciəsi Holokost, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamlarla bir sırada dayanır.
Bəşəriyyət insanlığa qarşı cinayətləri nifrətlə damğalamalı, insan sifətini itirmiş qatillərin əməllərini lənətləməlidir. Bütün səmavi dinlərin müqəddəs kitablarında əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insanı qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir!
Biz, Azərbaycanın din xadimləri, hər il olduğu kimi, bir daha dünya ictimaiyyətinə müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"
Təhsil-press.az