Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa... Bu gün Ermənistanda kritik parlament seçkiləri ilə bağlı səsvermə başlayıb. Kifayət qədər gərgin keçən, Qarabağ məsələsinin seçkilərə qatılan bütün siyasi qüvvələr üçün əsas spekulyasiya mövzusu olduğu seçki kampaniyasında silahlar da işə düşüb. Bu seçkilər Ermənistanda əvvəllər keçirilən parlament seçkilərinə ona görə bənzəmir ki, ölkə 2018-ci ildən etibarən parlament üsul-idarəçiliyinə keçəcək, başqa sözlə, indiki seçkilərdə qalib olan siyasi qüvvə ölkəni idarə edəcək.

Lakin hakimiyyət üsul-idarəçiliyinin formasının dəyişdirilməsi Ermənistanda liberallaşmanın və ya avropalaşmanın təntənəsi deyil. Bu, Serj Sərkisyanın və onun klanının hakimiyyətinin ömrünü uzatmağa yönəlmiş taktikasıdır. Hansı ki, Sərkisyan özü də 2018-ci ildən sonra da ölkəni idarə etmək planlarını inkar etmir. Əgər Sərkisyanın planları baş tutsa o, 2018-ci ildən sona baş nazir kimi hakimiyyətini davam etdirəcək.

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Bununla belə indiki seçkilərin nəticələrini proqnozlaşdırmaq olduqca çətindir. Bu seçkilər Sərkisyanın və onun Respublika partiyasının nüfuzdan düşdüyü, Ermənistan əhalisinə yoxsulluq, səfalət, kütləvi mühaciərtdən başqa heç nə verə bilmədiyi, Qarabağ münaqişəsinin həlli yönündə heç bir addım atmayıb status-kvonu saxlamağa çalışdığı bir vaxtda keçirilir. Üstəlik hakim partiyanın proporsional seçki siyahısı on ildir parlamentdə oturan və nadir hallarda danışan, kriminal mənşəli oliqarxlardan təşkil olunub. Digər tərəfdən hakim partiyaya qarşı güclü müxalif cəbhə formalaşıb. Bunlardan ən təhlükəlisi keçmiş müdafiə naziri Seyran Ohanyanın liderlik etdiyi “Ohanyan-Raffi-Oskanyan” blokudur ki, Qarabağdan olan bir sıra keçmiş səhra komandirləri onu dəstəkləyir. Ohanyan bildirib ki, əgər hakimiyyət nəticələri saxtalaşdırmağa cəhd etsə onların tərəfdarları küçələrə çıxacaqlar.
Artıq bu seçkilərdə Ohanyanın yaxın tərəfdaşı olan Samvel Ohanyan-Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Gürcüstandan ölkəyə “İqla” raketinin gətirilməsini təşkil etmək ittihamı ilə həbs olunub. Habelə seçki kampaniyası dövründə Ohanyanın blokunun tərəfdarları ilə hakim klanının adamları arasında atışmalar baş verib.

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Doğrudur, xüsusən ötən ilin aprelində Ermənistan ordusunun Qarabağda üzləşdiyi məğlubiyyətdən və erməni ordusunun təchizat, silah baxımından miskin durumda olduğunun üzə çıxmasından sonra istefaya göndərilən Ohanyanın elektroral dəstəyi sanballı hesab edilə bilməz. O və onunla birlikdə Sərkisyana qarşı cəbhə açan keçmiş xarici işlər naziri Vardan Oskanyan, habelə digər keçmiş xarici işlər naziri Raffi Ovanisyan hakimiyyətə qarşı real alternativ hesab edilmirlər. Ancaq istisna deyil ki, seçkilərdən sonra məhz Ohanyanın tərəfdarları hakimiyyətlə münasibətləri zorakılıq müstəvisində ayrıd edəcəklər.
Ohanyanın əksinə olaraq seçkilərə qatılan oliqarx Qaqik Tsarukyan ( “Tupoy Qaqo”) hamını təəcübləndirə bilib. Rəy sorğularına görə onun “Tsarukyan” bloku (bu blok tsarukyanın Çiçəklənən Ermənistan partiyasından və hansısa xırda partiyadan ibarətdir) bu seçkilərdə birinci yeri tuta bilər. Belə görünür ki, bu məsələsə Tsarukyanın pullarının rolu var-yoxsul ermənilər onun qismində kasıblıq və yoxsulluq girdabından qurtula bilmək üçün xilaskar obrazını görürlər. Üstəlik əvvəllər Tsarukyanın seçicilərə pul və məişət əşyaları payladığı da məlumdur.

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Populist Nikol Paşinyanın “Çıxış” bloku, Daşnaksütun partiyası və digər bir neçə xırda partiyanın 5 faizlik baryeri keçə biləcək sayda səs almasına şübhələr var.
Və belə görünür ki, keçmiş prezident Levon Ter-Petrosyanın Qarabağda sülh və barışıq şüarları ilə seçkilərə qatılan “Ermənistan Milli Konqresi-Xalq partiyası” bloku da güclü elektoral dəstəyə malik deyil. Lakin ilk dəfədir ki, Ermənistan seçkilərində Ter-Petrosyanın blokunun qismində “sülh partiyası” iştirak edirdi. Bu proses Ter-Petrosyanın ötən ilin dekabrında partiyasının qurultayında etdiyi nitqlə başlamışdı. Həmin nitqdə keçmiş prezident hakimiyyəti Qarabağda status-kvonu saxlamaqla Ermənistanı və Qarabağ ermənilərini məhvə sürükləməkdə ittiham edirdi. Deyirdi ki, Ermənistanın xilasının ancaq bir yolu var-Qarabağ məsələsinin sülh və kompromislər yolu ilə həlli, Azərbaycanla barışığın əldə olunması.

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Ermənistan Milli Konqresi seçki kampaniyasını da bu şüarlarla aparmağa çalışdı. Və həm hakim düşərgədən, həm müxalifətdə olan radikallardan hücumlarla qarşılaşdı. Qeyd etmək lazımdır ki, heç erməni cəmiyyətində də sülh və kompromislərə çağırışlar geniş dəstək qazanmadı. Bu da təsadüfi deyil-uzun illərdir ki, erməni cəmiyyətini sülhə yox, “bir qarış da torpaq qaytarmamağa” hazırlayıblar.
Lakin Ermənistan siyasi dairələrində belə iddialar səslənir ki, Ter-Petrosyanın bloku səs yığa bilməsə də ona seçki blokları üçün müəyyən olunmuş 7 faizlik baryeri keçməyə yetəcək qədər səs yazacaqlar. İddialara görə, əslində Ter-Petrosyanın seçkilərə Qarabağda sülh şüarı ilə qatılması Sərkisyanla razılaşdırılmış məsələdir.
Qalan siyasi qüvvələrin, o cümlədən hakim Respublika partiyasının Qarabağ məsələsinə dair mövqeyi isə ənənəvidir. Onların arasında heç bir halda bir qarış da torpağın geri qaytarılmasına imkan verməyəcəklərini deyən ifrat radikal-populistlər də var, hakim partiya kimi indiki status-kvonu “Dağlıq Qarabağın tanınmasına qədər” davam etdirmək əzində olanlar da.

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Qeyd etmək lazımdır ki, Serj Sərkisyan və onun hakim klanı bu seçkilər dövründə Qarabağ məsələsində birmənalı olaraq sərt hərbi ritorikaya üstünlük verib. Bu ritorika ötən həftə sonu SərkisyanınQarabağda hərbçilər qarşısında çıxış edərək “ali baş komandan kimi gözünü də qırpmadan “İsgəndər” raketlərinin tətbiqi barədə əmr verəcəyi” barədə bəyanatı ilə özünün pik mərhələsinə çatdı. Daha sonra erməni telekanalları “İsgəndər” raketlərinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini əks etdirən təbliğat kadrlarını yaydı.

Ermənistanda kritik səsvermə başladı: qan və ölüm vəd edən Sarkisyan, yoxsa...

Bu da təsadüfi deyil. Sərkisyan bu seçkilərdən düz bir il əvvəl-aprelin 2-də Qarabağda Azərbaycan ordusunun uzun illərdir möhkəmləndirilmiş erməni müdafiə xəttini darmadağın etməsinin siyasi fəsadlarını, onun seçki nəticələrinə təsirlərini mümkün qədər azaltmağa çalışır. Bunun üçün rusların verdiyi “İsgəndər” raketləri pis oyuncaq sayılmaz. Ancaq Sərkisyanın sərt hərbi ritorikasının onun partiyasının seçkilərdə qalib gəlməsinə nə dərəcədə kömək edəcəyini hələ görmək lazımdır. Çünki Sərkisyan və komandası ermənilərə qan və ölümdən, yoxsulluq və səfalətdən başqa heç nə vəd edə bilmir. Elə Ermənistan prezidenti seçki kampaniyasının son çıxışını da Qarabağda öldürülən növbəti erməni əsgərinin üzərində qurdu və seçicilərə müraciətlə bildirdi ki, onlar kimi istəsələr seçə bilərlər. “Ancaq səs verərkən təmas xəttində ölən övladını soyuq məzara qoyan anaların qurumuş göz yaşlarını, övladlarını orduya göndərən və ürəyinin hər döyüntüsündə onun təhlükəsiz xidmət keçməsini hesablayan anaları unutmayın. Sərhədyanı kəndlərdə hər gün düşmənin snayper atəşi altında dərsə gedən, əminlik mənbəyi sərhəddə duran qoşunlarımız olan uşaqları xatırlayın. Bu mənzərəni yada salın və aprelin 2-də kimi istəyirsiniz onu seçin”-Sərkisyan deyib.
Bu nə deməkdir? O deməkdir ki, Sərkisyan ermənilərə ancaq qan, göz yaşları, əsgər tabutları və səfalət vəd edə bilər, başqa heç nə...

Təhsil-press.az

Oxşar xəbərlər