“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində şagird və müəllimlər üçün seminar təşkil olunacaq

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində şagird və müəllimlər üçün seminar təşkil olunacaq Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarları davam etdirir.
Aprelin 27-də Gənc Riyaziyyatçılar Məktəbi institutda “Dirixle prinsipinin tətbiqləri: Çin qalıq teoremi; Ramsey ədədi” mövzusunda seminar keçirəcək, bu elm müəssisəsinin “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi Əbdürrəhim Quliyev mövzu ilə bağlı mühazirə oxuyacaq.
Seminarda orta məktəb şagird və müəllimləri, digər maraq göstərənlər iştirak edə bilərlər.

Afət Abbasova

Oxşar xəbərlər