İran 20 belə təyyarə alır

İran 20 belə təyyarə alır İranın aviadaşıyıcısı “Homa” gələn həftə ilk ATR sərnişin təyyarəsini əldə edəcək.

Təhsil-press.az-ın məlumatına görə, bunu şirkətin baş direktoru Fərhad Pərvareş deyib. Bu, İranın 2017-ci ildə əldə edəcəyi 4 ATR təyyarəsindən birincisi olacaq. Şirkət rəsmisi bildirib ki, bu təyyarələr daxili reyslər üçün istifadə olunacaq. Ümumilikdə İran Fransa-İtaliya istehsalı olan 20 ATR təyyarəsinin satın alınması ilə bağlı müqavilə imzalayıb.

Təhsil-press.az

Oxşar xəbərlər