Könüllülər: "IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycanı bütün dünyada tanıdırıq"

Könüllülər: "Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bütün dünyada tanınırıq, eləcə də zəngin mədəniyyətimizi təbliğ edirik".

Bunu Təhsil-press.az-a idman yarışlarının könüllüləri deyiblər. Onlar bildiriblər ki, bu Oyunlarda könüllü kimi çıxış etmək çox qürurvericidir:
"İslam Həmrəyliyi Oyunlarında könüllü kimi çıxış etmək çox maraqlı və əyləncəlidir. Bu, bizə yeni dostlar və böyük təcrübə qazandırır”.
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər