Corctaun Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub. O, insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehni və yaradıcı düşüncənin inkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.
Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.
Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.
ADU-nun Mətbuat Xidməti