Koreya Prezidenti: Azərbaycan cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub

Koreya Prezidenti: Azərbaycan cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Koreya Respublikasının Hökuməti və xalqı adından ürəkdən təbrik edirəm.
Tarixin son 25 ili ərzində müstəqil Azərbaycan yalnız siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində deyil, cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub.
Sıx əlaqələrimiz və mədəni köklərimizdəki oxşarlıqlar əsasında qurulmuş və zaman keçdikcə dərinləşən əməkdaşlıq münasibətlərimizin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə ümid edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasına əbədi firavanlıq arzularımı çatdırıram".

Təhsil-press.az

Oxşar xəbərlər