İndoneziya və Malayziya rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər

İndoneziya və Malayziya rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, İndoneziya və Azərbaycan dövlətləri arasında ikitərəfli münasibətlər, o cümlədən xalqlarımızın birgə mənafeyi naminə təhlükəsizlik və inkişaf yolunda çoxtərəfli əməkdaşlığımız daha da möhkəmlənəcək.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
XXX
Malayziyanın XV Ali Başçısı Sultan Muhammaddan:
"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, birinci xanıma və Azərbaycan xalqına Malayziya Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi çatdırırıq.
Ümidvarıq ki, Azərbaycan Respublikası Zati-alinizin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəkdir".

Tehsil-press.az

Oxşar xəbərlər