Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas, məşhur litvalı yazıçı və ədəbiyyatşünas Tomas Venslova və onun xanımı Tatyana Venslova ilə görüşüb.
Qonaqları salamlayan rektor K.Abdulla Litva universitetləri ilə əməkdaşlıq perspektivləri barədə danışıb və bu istiqamətdə konkret işlər görüləcəyini bildirib. Litva ilə bağlı təəssüratlarını bölüşən K.Abdulla bu ölkə ilə əlaqəli “Korneliusun ölümü” hekayəsini xatırladıb.
O, ADU-da Litva dili və Mədəniyyəti Mərkəzinin, Litva universitetlərinin birində isə Azərbaycan Mədəniyyəti Mərkəzinin açılmasını, eləcə də ADU-da Litva Mədəniyyət gününün keçirilməsini təklif edib. Təklif qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Səmimi qəbula görə təşəkkür edən səfir V.Lastauskas iki ölkə arasında əlaqələrin inkişafından söz açaraq Litvada azərbaycanlı tələbələrin də təhsil aldığını söyləyib. O, Litvada litva dilində danışan azərbaycanlı tələbələri görməyin sevindirici hal olduğunu qeyd edib.
Öz növbəsində litvalı yazıçı T.Venslova Azərbaycanla bağlı xatirələrini bölüşüb. 50 il öncə Bakıya gəldiyini deyən yazıçı müasir Bakının büsbütün dəyişdiyini və insanı heyran etdiyini vurğulayıb.
Daha sonra yazıçı T.Venslova ADU-nun professor-müəllim heyəti ilə görüşüb və şəhid tələbəmiz Ülvi Bünyadzadənin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılmış açıq muzeylə tanış olub.

ADU-nun Mətbuat Xidməti