Şagirdlər prezidentə müraciət etdi

Şagirdlər prezidentə müraciət etdi Milli Qurtuluş günü münasibəti ilə Səbail rayonundakı 6 saylı məktəb-liseydə şagirdlər tərəfindən hazırlanmış konfrans keçirilib.
İcra Hakimiyyətindən təhsil-press.az-a daxil olan xəbərə görə, 6 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova Milli Qurtuluş gününün tarixindən danışaraq qeyd edib ki, 1993-cü ilin iyun ayında Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Məktəbin tarix müəllimi Elmin İmanov Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib.
Konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, məhz həmin dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. “Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu”.
E. Əzizov bildirib ki, qısa müddətdə respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
Sonda məktəbin pedaqoji kollektivi və şagirdləri adından ölkə başçısına müraciət qəbul edilib.

Təhsil-press.az

Oxşar xəbərlər