İranın dini liderindən Trampa bənzətmə - “Sərsəri”

İranın dini liderindən Trampa bənzətmə - “Sərsəri” İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ prezidenti Donald Tramp üçün “Sərsəri dünyasına yeni girənlər kimi sağa-sola bıçaq sallayır” bənzətməsini edib.
Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei ABŞ-ın yeni hökumətini “təcrübəsiz” adlandırıb:
“Onlar nə etdiklərini bilmirlər. Ağızlarına silləni yeyəndə dünyanın necə olduğunu başa düşəcəklər”.
Ali lider ABŞ-ın İrana qarşı sərgilədiyi mövqeni isə belə tənqid edib:
“İran sağlam şəkildə ayaq üstündədir. Bilsinlər ki, onlar bizə deyil, biz onlara endirərik”.

Tehsil-press.az

Oxşar xəbərlər