Maradona Rusiya vətəndaşı olmağı düşünür

Maradona Rusiya vətəndaşı olmağı düşünür Argentina futbolunun ulduzu Dieqo Maradona Rusiya vətəndaşlığı almağı düşünür. Təhsil-press.az-ın məlumatına görə, bu barədə "Sovetskiy sport" xəbər yayıb.
Məlumatda qeyd olunur ki, 58 yaşlı futbol əfsanəsi "Rusiya futbolu sevir" hərəkatı çərçivəsində ölkəyə səfər edib və Konfederasiyalar Kubokunun finalını izləyib.
Daha öncə isə Maradona futbol üzrə Rusiya millisinə başçılıq etmək istədiyini bildirmişdi. Futbolçu Vladimir Putini də öz kumiri adlandırmış, divarda onun şəklini asdığını qeyd etmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər