“Allah mənə dərd verdi” - Nüşabə efirdə yenə ağladı

“Allah mənə dərd verdi” - Nüşabə efirdə yenə ağladı “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Təhsil-press.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.
İfaçı verilişdə bir çox məqamlara toxunub. O, sənətə ilk addımlarından danışıb:
“Mən ilk dəfə efirə Cahangir Cahangirovun bəstəsi olan “Məni atdın ay qız” mahnısını ifa edərək gəlmişəm. Həmin bəstəni Rafiq Babayev aranjiman etmişdi. O vaxt AzTV-də gecə verilişində həmin mahnını oxudum. Həmin vaxt məni bir az tanıyırdılar. Daha sonra 1994-cü ildə “Ay ləli yar” mahnısını oxudum, bu mahnıdan sonra məni bayırda hamı tanıdı. Və beləcə sevilməyə başladım”.
Daha sonra anasının və bacısının ölümündən danışan müğənni göz yaşlarına hakim ola bilməyib: “Mənim hər zaman problemlərim olub. Gözümü açandan zəhmətkeş qarışqa olmuşam. Problemsiz günüm yox idi. Heç bir zaman dərdim olmayıb. Daha sonra Allaha mənə dərd verdi. Anam, bacım dünyasını dəyişdi”.



Təhsil-press.az

Oxşar xəbərlər