Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı müzakirə etdi Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası öz işinə başlayıb.
Təhsil Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, iki gün davam edəcək iclası təhsil naziri Mikayıl Cabbarov açıb. Nazir iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü olub.
Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təhsil-press.az

Oxşar xəbərlər