
Görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb.
Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək qiymətləndirilib.
Eyni zamanda, görüşdə təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb.
Daha sonra tərəflər Azərbaycan və YUNESKO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişafı perspektivlərini müzakirə ediblər.

tehsil-press.az