Elmar Məmmədyarov İtaliya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edib

Elmar Məmmədyarov İtaliya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edib Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.
Səfir C.Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
E.Məmmədyarov səfir C.Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.

Təhsil-press.az

Oxşar xəbərlər