Made in Azerbaijan brendi Afrikada ilk dəfə

Made in Azerbaijan brendi Afrikada ilk dəfə Cibutidə fəaliyyət göstərən məhşur “Casino”, “Al-Gamil” və “Cash Center” supermarketlərində Afrikada ilk dəfə olaraq, Azərbaycan məhsullarının satışı həyata keçirilir.
Qeyd edilməlidir ki, “Casino” fransız, “Al-Gamil” isə Birləşmiş Ərəb Əmirliklərinin supermarketləri şəbəkəsinə aiddir.
Təhsil-press.az-ın məlumatına görə, Azərbaycan istehsalçılarının - Gilan Holding, Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keçi Fermasi MMC, Xurcun şirkətlərinin istehsalı olan şirələr, çaylar, konservləşdirilmiş tərəvəz məhsulları, quru meyvələr və Gazelli Group şirkətinin təbii kosmetika məhsulları həm yerli həm də Cibutidə yaşayan çoxsaylı xaricilərə təklif olunur. Həmçinin ölkəmizin istehsalı olan yeyinti məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. Belə ki, ölkəmizdə yetişdirilən meyvələr alma, armud, qarpız, o cümlədən tərəvəz məhsulları xiyar, pomidor, kök, çuğundur, soğan və kələm qeyd olunan supermarketlərdə alıcılara təqdim olunur.
Qeyd olunan məhsullarımız “Silk Way Airlines”ın Bakı-Cibuti bir başa yük aviareysləri vasitəsilə “Made in Azerbaijan” brendi adı altında Cibutiyə gətirilib.

Təhsil-press.az

Oxşar xəbərlər