Klinton Putinə prezident kimi daha faydalı olardı - Tramp

Klinton Putinə prezident kimi daha faydalı olardı - Tramp ABŞ prezidenti Donald Tramp hesab edir ki, Hilları Klinton prezidenti kimi Rusiya prezidenti Vladimir Putinə daha faydalı olardı.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Tramp "CBN" telekanalına müsahibəsi zamanı deyib.
"Biz - dünyada ən güclü ölkəyik və daha güclü oluruq. Çünki, mən hərbçilərin pərəstişkarıyam. Məsələn, əgər Hillari prezident olsaydı, silahlı qüvvələrimiz ixtisar olardı, bizim energetikadaha bahalı olardı. Bu, Putinin məndə xoşuna gəlmədiyi şeydir. Və bu onun məni istəməməyinin səbəbidir. Çünki mən ilk gündən güclü ordu üçün çalışıram", - Tramp deyib.

Təhsil-press.az

Oxşar xəbərlər