
Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin, donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.
Təhsil-press.az