Məktəblilər arasında şahmat üzrə turnirin qalibləri mükafatlandırılıblar

Məktəblilər arasında şahmat üzrə turnirin qalibləri mükafatlandırılıblar Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə tərəfdaşlığı ilə “Məktəblinin dostu” pilot layihəsinin tətbiq olunduğu 30 məktəb arasında şahmat turniri keçirilib.
Yarışın təşkil edilməsinin əsas məqsəd şagirdlərin intellektual inkişafına dəstək göstərmək və asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Bakıdakı 53 nömrəli məktəbdə keçirilən turnirin açılış mərasimində “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev yarışın təşkilində göstərdikləri köməyə görə məktəb rəhbərlərinə və müəllimlərə təşəkkürünü bildirib.
Yarış yeddi turdan ibarət İsveçrə sistemi ilə keçirilib. Hər məktəbdən iki şagird (bir qız, bir oğlan) olmaqla, ümumilikdə 60 şagird şahmat turnirinə qatılıb.
Qaliblərə medal və qiymətli hədiyyələr təqdim olunub.

Məktəblilər arasında şahmat üzrə turnirin qalibləri mükafatlandırılıblarMəktəblilər arasında şahmat üzrə turnirin qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər