Sərnişin gəmisində YANĞIN - Yaralananlar var

Sərnişin gəmisində YANĞIN - Yaralananlar var Avstriyada Dunay çayında sərnişin gəmisində yanğın olub.
Yerli hakimiyyət nümayəndəsi Mattias Fişer yanan gəminin ətrafına 12 yanğınsöndürmə briqadasının cəlb olunduğunu bildirib.
Yanğınla əlaqədar gəmidən təxminən 200 sərnişinin təxliyə edildiyi qeyd olnub.
Sərnişinlər başqa gəmiyə otuzdurularaq Dyurnştayn şəhərinə gətirilib.
Yanğın nəticəsində təxminən 9 nəfərin xəsarət aldğı bildirlir. Xəsarət alanların əksəriyyətinin tüstüdən zəhərləndiyi bildirilib.
Yanğın söndürülənə qədər bir neçə kayutanın tamamilə yandığı bildirilir.
Yanğının başvermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər