Hitlerin əmri ilə batırılan gəmi tapıldı - İçində 4 ton qızıl var

Hitlerin əmri ilə batırılan gəmi tapıldı - İçində 4 ton qızıl var Xəzinə axtarmaqla məşğul olan ingilis qrup 1939-cu ildə batırılan alman yükdaşıma gəmisinin qalıqlarını tapıb.
Tehsil-press.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, II dünya müharibəsi dövründə Braziliyadan alınan və İslandiya yaxınlığında öz ekipaj üzvləri tərəfindən batırılan “SS Minden” adlı gəminin gövdəsi tapılıb. İslandiya hökuməti ilə əlaqə saxlayan ingilis şirkət gəmidə olduğu deyilən 4 ton qızılı çıxaqmaq üçün icazə gözləyir.
Xəzinə axtaran qrup aprel ayında İslandiya hökumətindən icazə ala bilmədiyi üçün sahib təhlükəsizlik xidməti nümayəndələri tərəfindən saxlanılmışdı.
Qeyd edək ki, gəminin batırılma səbəbi İngiltərənin qızıldan xəbər tutması olub. Bu barədə əmri Adolf Hitler verib.

Tehsil-press.az

Oxşar xəbərlər