ADPU-da rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar”mövzusunda seminar keçirilib

ADPU-da rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar”mövzusunda seminar keçirilib Sentyabrın 18-19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd rus dili və ədəbiyyatı müəllimlərinin təkmilləşdirilməsinə, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdir. Seminara Rusiya Xalqlar Dostluğu Universitetinin və eləcə də Rusiyanın digər tanınmış və aparıcı universitetlərinin professor-müəllimləri, ADPU-nun rus dili müəllimləri, Bakı şəhərinin 35 ümumi təhsil məktəbinin 70 nəfər müəllimi cəlb edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetin həyatında vacib bir gündür. “Təlimdə müasir pedaqoji texnologiyalar” mövzusunda seminarın keçirilməsi ADPU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan mühüm addımdır. Rektor qeyd edib ki, rus dili dünyanın aparıcı və zəngin dillərindən biridir. Rus dili elm, mədəniyyət, ədəbiyyat dilidir. Son illər Azərbaycanda rus dilinə maraq xeyli artıb. Hazırda ölkəmizdə rus dilinin intensiv tədrisi üçün lazımi tədbirlər həyata keçirilir. Yaxın gələcəkdə rus dilinə maraq daha da artacaq. Bu seminarın keçirilməsi rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edəcək. Rektor çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Denisov Valentin Petroviç çıxış edərək seminarın keçirilməsinə verdiyi dəstəyə görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür edib, iştirakçılara müvəffəqiyyətlər arzulayıb.
Rusiya Xalqlar Dostluğu Universitetinin rus və xarici ədəbiyyat kafedrasının müdiri, professor Kovalenko Aleksandr Georqiyeviçin və baş müəllim, filologiya elmləri namizədi Kalinina Yuliya Mixaylovnanın moderatorluğu ilə davam edən seminarda “Müasir rus dili və ədəbiyyatı təhsilin yeni paradiqmaları şəraitində”, “Əsas ümumtəhsil məktəblərində rus dili dərslərində mədəniyyətşünaslıq kompetensiyalarının formalaşması”, “Oyun rus dili təlimində vasitə kimi. Rus dili və ədəbiyyatı dərslərində oyun texnologiyaları”, “İmtahanların keçirilməsinin normativ-hüquqi təminatı. Vahid dövlət imtahanının tətbiqi tarixi. Vahid dövlət imtahanının istiqamətləri və inkişaf perspektivləri. Yoxlama-ölçmə materialları. Müxtəlif fənnlər üzrə tapşırıqların strukturu və məzmunu. Vahid dövlət imtahanının blankları və onların doldurulması”, “Müasir bədii nəsrin dilinin öyrənilməsi Rusiya gerçəkliyi ilə ünsiyyət vasitəsi kimi”, “Rus dili və ədəbiyyatının tədrisi metodikasının müasir təmayülləri” mövzularında mühazirələr dinlənilib. Mühazirələr maraqla qarşılanıb. Qeyd edək ki, seminar çərçivəsində təşkil olunan dəyirmi masada “XXI əsrdə rus dilinin tədrisi: ənənələr və yeniliklər” mövzusunda metodik seminar keçirilib, həmçinin “Rus dili təliminin aktul metodikası” mövzusunda məruzə dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar”mövzusunda seminar keçirilibADPU-da rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar”mövzusunda seminar keçirilibADPU-da rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar”mövzusunda seminar keçirilib

Oxşar xəbərlər