Koreya Respublikasında Qlobal Sülh Festivalı keçirilib

Koreya Respublikasında Qlobal Sülh Festivalı keçirilib Koreya Respublikasında Sülh Sammitinin - Ümumdünya Dinlər Alyansının (WARP) yaradılmasının üçüncü ildönümünə həsr olunmuş Qlobal Sülh Festivalı keçirilib. Festivalın keçirildiyi məkan Qengi əyalətinin “Xvason” idman kompleksi olub. Bununla bərabər, dünyanın 30 ölkəsindən 200 min adam birbaşa yayım vasitəsilə sammitdə iştirak edib.
BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOS) yanında “Səmavi mədəniyyət, bütün dünyada sülh və işığın bərpa olunması” (HWPL) qlobal qeyri-hökumət təşkilatından AZƏRTAC-a bildiriblər ki, sammitin ikinci günü təmtəraqlı parad təşkil edilib. Sammit iştirakçıları tədbir çərçivəsində münaqişələrin həlli və sülhün mədəniyyət kimi inkişafı uğrunda çıxış edən Sülh və Müharibələrin Dayandırılması haqqında Bəyannamə (DPCW) əsasında sülhü möhkəmləndirmək yollarını axtarıblar.
HWPL-in sədri cənab Li Man Xi təkidlə dünya ölkələrini DPCW Bəyannaməsinin həyata keçirilməsinə fəal qoşulmağa çağıraraq deyib: “Bu əvəzolunmaz və qiymətli nemət bəşəriyyətə səmavi irs kimi bəxş olunub. Dünyamızı kim qorumalıdır? Məhz biz - qlobal cəmiyyət ailəsi. Madam ki, müharibələri dayandıra bilmirik, nə sərvət, nə də hakimiyyət irs qoyula bilməz”.
Sülh uğrunda Beynəlxalq Qadınlar Qrupunun (IWPG) sədri Kim Nam Xi deyib: “Bizim etdiyimiz seçim bütün dünyanı dəyişə bilər. Biz birləşməli və sülhün bərqərar edilməsinin qüdrətini öz nümunəmizdə qlobal cəmiyyətin bütün sakinlərinə göstərməliyik”.
Tədbirin sonunda iştirakçılar hər bir insanın irqlər, dinlər və dövlətlər arasında əngəlləri aradan qaldırmaqla, sülh uğrunda birgə fəaliyyətə sadiqliyinin rəmzi olaraq əl-ələ verərək stadionda addımlamışlar.

Təhsil-press.az

Oxşar xəbərlər