Eyfel qülləsini 1889-cu ildən indiyədək 300 milyon insan ziyarət edib

Eyfel qülləsini 1889-cu ildən indiyədək 300 milyon insan ziyarət edib Fransanın paytaxtı Paris şəhərinin əsas tarixi abidəsi olan Eyfel qülləsini 1889-cu ildən indiyədək 300 milyon insan ziyarət edib. Bu barədə informasiya turistik məkana xidmət edən SETE kompaniyası tərəfindən verib.
Bu münasibətlə sentyabrın 28-də Eyfel qülləsi önündə bayram tədbiri keçiriləcək. Tədbirdə məşhur müğənnilərin çıxışı və işıq şousu gözlənilir.
Həmin gün bütün ziyarətçilərə şəhərin əsas turistik abidəsi fonunda foto çəkdirmək təklif olunacaq. Sonradan həmin fotoşəkillər xüsusi divarda “300 milyon təşəkkür” cümləsi şəklində yerləşdiriləcək.
Eyfel qülləsi ziyarətçilərin üzünə 1889-cu ildə açılıb. Qüllə əvvəlcə həmin il Fransanın paytaxtında keçirilən Ümumdünya sərgisi üçün müvəqqəti qurğu kimi tikilmişdi. Hündürlüyü 324 metr olan məşhur qüllə dünyada ən çox ziyarət olunan ödənişli abidə sayılır.

Kəmalə Rəhimli

Oxşar xəbərlər