Hindistanda fişəng zavodunda yanğın - 8 ölü, 25 yaralı

Hindistanda fişəng zavodunda yanğın - 8 ölü, 25 yaralı Hindistanın Carkxand ştatında Kumardubi kəndində fişəng istehsal edən zavodda yanğın baş verib. Təhsil-press.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu haqda "Hindustan Times" qəzeti öz Twitter səhifəsində bildirib.
Yanğın nəticəsində 8 nəfərin öldüyü, daha 25 nəfərin yaralandığı barədə məlumat verilib.
Hazırda hadisə yerində 5 yanğınsöndürən maşın, təcili tibbi yardım briqadalrı cəlb edilib,
Yanğının səbəbləri barədə məlumat verilmir.

Təhsil-press.az

Oxşar xəbərlər