Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilib Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi 15 saylı məktəblə birgə “Bir yazııçı-bir kitabxana” layihəsinə əsasən Hüseyn Abbaszadənin 95 illiyi ilə əlaqədar “Nərgizlə Nigarın nağılları” əsasında ucadan oxu keçirib. Uşaqlara Xalq yazıçısı Hüseyn Abbaszadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verən kitabxanaçı Lalə Muradova onları həmçinin “Dünyadan gör necə insanlar gedib” sərgisində nümayiş olunan ədəbiyyatlar ilə tanış edib. Daha sonra yazıçının “Nərgizlə Nigarın nağılları” adlı kitabından söhbət açaraq əsərdən parçalar oxuyub.
Abşeron rayon Mərkəzi Kitabxanasında Milli Hüquq Evinin direktoru, tanınmış hüquqşünas Nicat Gözəlovla görüş keçirilib. Vətəndaşlarla hüquqla bağlı söhbət aparmaq, onları maraqlandıran sualları cavablandırmaq məqsədilə keçirilən tədbirdə hüquqşünas geniş məruzə ilə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb. Müxtəlif yaş qruplarını və peşə sahələrini əhatə edən tədbirdə hüquqşünas tələbələrlə də görüşüb, fikir mübadiləsi aparıb. Keçirilən görüşdə yaxın müddətdə kitabxanalarda təmənnasız və ardıcıl olaraq “hüquq dərslərinin” keçirilməsi planlaşdırılıb.
Abşeron rayon Mərkəzi Kitabxanasında daha bir tədbir istefada olan kapitan, Qarabağ müharibəsinin iştirakçı “Mən əsgər atasıyam”, “Yenə yazıq bəndənəm”, “Cənub çiçəkləri”, “Vətəndən nigaranam” kitablarının müəllifi Nurəddin Mirzəxanlının 70 illik yubileyi ilə bağlı keçirilib. Tədbirdə şairlər Hafiz Rüstəm, Məlahət Yusifqızı, Giya Paçxataşvili, Sənan Çıraq, Əli bəy Azəri, Cavanşir Əsgər, Esmira Məmmədli, Mayil Məmmədli, MKS-nin rəssamı Zöhrə Cəfərova, biblioqraf Pəri Muradova və digərləri çıxış edərək yubilyarı təbrik edib, xoş arzularını çatdırıblar. Tədbirdə Kəlbəcər rayon 117 saylı tam orta məktəbin şagirdi Aysel Xanışova müəllifin şeirlərindən nümunələr səsləndirib. Sonda müəllif çıxış edərək ona göstərilən diqqətə görə kitabxana kollektivinə və tədbir iştirakçılarına təşəkkür edib, şeirlərini oxuyub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər