Oxucularla daha bir görüş isə Abşeron rayonunda baş tutub. Belə ki, Abşeron rayon Mərkəzi Kitabxanasında şair Sənan Çırağın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbiri MKS-nin direktoru Məlahət Abdullayeva açıb, yubilyarı təbrik edib. Daha sonra yazıçı- tərcüməçi Natiq Səfiyev, şairlər Hafiz Rüstəm, Xaliq Laçınlı, Nurəddin Mirzəxanlı, Cəfər Mehman, Səmayə Güləliqızı, Aybəniz Qafarlı, Sabir Zamanlı, Mütalib Tahiroğlu və digərləri yubilyarın şeirlərindən nümunələr söyləyib, təbrik ediblər. Tədbirdə həmçinin Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərlə Sosial Yardım İB-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bahar Abbasova, kitabxanaçılar və oxucular çıxış ediblər. Sonda müəllif tədbir iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib, yeni yazdığı şeirlərini oxuyub.
Qubadlı rayon Mərkəzi Kitabxanasında klassik şair, ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Qubadlı rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, SRMTİ–nin nümayəndəsi Eldar Hüseynov, və Qubadlı rayon mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər. Tədbirdə şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib, həyat yolunu əks etdirən video-çarx izlənilib. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb. Sonda tədbir iştirakçıları “Molla Pənah Vaqif-300” adlı kitab sərgisi ilə yaxından tanış olublar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti




